Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə ilə bağlı xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər" parkında ucaldılmış dahi şəxsiyyətin abidəsi ziyarət edilərək önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətə ehtiram bildirilib. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra qəsəbə ərazisində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Xocalı Rayon İcra Hakimiyyətinin, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirak etdiyi aksiyada ümumilikdə 1000-dən çox meyvə və meşə ağacları əkilib.